Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi oldu
“Zirə”nin baş məşqçisinin adı məlum olub.
Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olub. Gənc mütəxəssislə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, R. Sadıqov ötən ay futbolçu karyerasını başa vurduğunu elan edib.