Rəşad Sadıqov "Zirə"yə keçidindən danışdı

"Zirə"nin yeni baş məşqçisi Rəşad Sadıqov təyinatı ilə bağlı danışıb.

Sportline.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə qısa açıqlamasında bunları deyib:

“Məsuliyyətli işin altına girdiyimi anlayıram. Mənə göstərilən etimada görə “Zirə” rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

Qeyd edək ki, R.Sadıqov "Zirə" ilə 3 illik müqavilə bağlayıb.