Rəşad Sadıqovun köməkçiləri müəyyənləşdi
"Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqovun köməkçilərinin adı müəyyənləşib.
Sportline.az xəbər verir ki, bundan sonra Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov da əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Borçe Xristov uzun illər "Qarabağ"da işləyib və bu günlərdə komandanı tərk edib.
Eltun Yaqublu isə futbolçu karyerasını bitirərək "Səbail"dən ayrılıb.