Rəşad Sadıqovdan forma nömrəsinin əbədiləşdirilməsilə bağlı açıqlama

"İstəmərəm ki, "Qarabağ"da 14 nömrə əbədiləşdirilsin". 

Sportline.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi buna layiq olmağın çətinliyini bildirib. Sadıqov Azərbaycanda hələ ki forması əbədiləşdiriləcək oyunçunun olmadığını sözlərinə əlavə edib.