Reşford "Arsenal"ın maraq dairəsindədir

"Barselona"da icarə əsasında çıxış edən Markus Reşford karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kris Veeler məlumat yayıb.

28 yaşlı futbolçu müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.

Qeyd edək ki, M.Reşford cari mövsüm meydana çıxdığı 46 matçda 13 qol, 14 asistlə yadda qalıb.