Reşford İngiltərəyə qayıdır
"Barselona"da icarə əsasında çıxış edən Markus Reşford yayda İngiltərəyə qayıdacaq.
Sportline.az xəbər verir ki, "Tottenhem" 28 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Reşford müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.