Reşford “Mançester Yunayted”i tərk edir
Markus Reşford "Mançester Yunayted"dən ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Dail Mail" nəşri məlumat yayıb.
27 yaşlı futbolçu karyerasında yeni səhifə açmağa hazırlaşır.
İngilis futbolçu nəhayət arzuladığı təklifi alıb və yaxın vaxtlarda klubdan ayrılması gündəmdədir.
"Barselona" Reşford üçün rəsmi təklif göndərib.
Qeyd edək ki, Kataloniya klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.