Reşford yayda "Mançester Yunayted"dən ayrılacaq
"Barselona"da icarə əsasında çıxış edən Markus Reşford üçün iki nəhəng klubdan təklif var.
Sportline.az xəbər verir ki, PSJ və "Milan" ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, Reşford müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.