Rəsul Çunayev zirvəni qorudu
Ümumdünya Güləş Birliyi yunan-roma güləşi üzrə yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ilk "10-luq"da 5 pəhləvanımızın adı var.
Ən yaxşı göstərici 71 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayevin aktivindədir. Güləşçimiz ötən ay olduğu kimi, zirvədə qərarlaşıb.
Rövşən Bayramov (59 kq) ikinci, Rafiq Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) dördüncü, İslam Abbasov (85 kq) onuncudur.
Qeyd edək ki, Həsən Əliyev (66 kq) və Elvin Mürsəliyev (75 kq) ilk "10-luğ"a düşə bilməyib.