Reynaldo "Yanq Boyz"a keçdi
"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu müəyyənləşib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı forvard "Yanq Boyz"la razılığa gəlib.
28 yaşlı futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və İsveçrə təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Reynaldo bunadək "Adanaspor"un şərəfini qoruyurdu.