Rikardo Pepinin yeni klubu bilinib

PSV-nin futbolçusu Rikardo Pepi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Fulhem" 23 yaşlı hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 28 milyon avro təklif edib.