Rio Ferdinand: “Messi hər yaşda rəqiblər üçün kabusdur”
İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand maraqlı açıqlaması ilə diqqət çəkib.
Sportline.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, jurnalistin: “Prime dövründəki Ronaldo ilə qarşılaşmağı seçərdin, yoxsa indiki Messi ilə?” sualını cavablandıran Ferdinand belə deyib:
“Hər gün Ronaldonu seçərəm. Messi isə hansı yaşda olursa-olsun, rəqiblər üçün kabusdur", - deyə Ferdinand deyib.