Rivaldo Rio Olimpiadasını anti-reklam etdi

Braziliya millisinin sabiq futboçusu Rivaldo Rio Olmpiadasını izləmək üçün Braziliyaya hazırlaşan turistlərə xəbərdarlıq edib. SportLine.az xəbər verir ki, yaxın keçmişin ulduz yarımmüdafiəçisini bu cür açıqlamaya  17 yaşlı qızın qətli vadar edib. "Vəziyyət günü-gündən dözülməz hal alır. Rio-da-Janeyroya gəlmək istəyən idmansevərləri bu addımdan vaz keçməyə səsləyirəm. Bununla siz həyatınızı təhlükəyə atmış olursunuz. Hələ ölkədəki siyasi xaos və xəstəxanaların vəziyyətini nəzərə almıram. Braziliyadakı vəziyyəti yalnız tanrı düzəldə bilər". Bu günlərdə 17 yaşlı qızın qətl hadisəsindən huddətlənən Rivaldo bu fikirləri sosial şəbəkədə paylaşıb.