Roberto Bordinin yeni iş yeri bilindi
“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri müəyyənləşib.
 
Sportline.az xəbər verir ki, o, karyerasını İtaliyada davam etdirəcək. 
Bordinin C Seriyası təmsilçisi “Sambenedetteze”nin baş məşqçisi olacağı bildirilib. O, bu vəzifədə sabiq "Yuventus"lu Paolo Monteronu əvəzləyəcək.
Qeyd edək ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”ni çalışdırıb.
                
                
                 
 
                                     
                     
                 
                 
                 
                 
                