Robertson “Liverpul”dan ayrılmayacaq
Endi Robertson yanvar ayında "Liverpul"dan ayrılmayacaq.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi Mersisayd klubundan ayrılmaq fikrində deyil.
Şotlandiya millisinin üzvü cari mövsüm meydana çıxdığı 6 matçda 1 qolla yadda qalıb.
Qeyd edək ki, E.Robertsonun "Liverpul"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.