Robertson ölkəsinə qayıdır
Mövsümün sonunda "Liverpul"dan ayrılacağı dəqiqləşən Endru Robertson karyerasını Şotlandiyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Seltik" 32 yaşlı sol cinah müdafiəçisini azad agent kimi heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, E.Robertson 2017-ci ildən "Liverpul"dan çıxış edir.