Rodri "Real"a gedir
"Mançester Siti"nin futbolçusu Rodri "Real Madrid"ə transfer olmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi kral klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Rodrinin dəyəri 65 milyon avrodur.