Rodriqo “Fənərbağça”ya gəlir

"Fənərbağça" yarımmüdafiəçi transferləri ilə bağlı səylərini davam etdirir.

Sportline.az xəbər verir ki, "Fənərbağça" Rodriqo Zalazarın transferində maraqlıdır.

Türkiyənin “Fanatik” qəzetinin xəbərinə görə, klubun transfer siyahısında bir sıra futbolçular olsa da, əsas hədəf Uruqvay millisində də çıxış Rodriqo Zalazarın olduğu irəli sürülüb.

İddialara görə, “Braqa” futbolçunu satmaq istəmir.

Futbolçunun sərbəst qalma məbləği 60 milyon avrodur.