"Roma" "Real"a, "Gent" "Volfsburq"a qarşı
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edəcək. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Gecənin ən maraqlı görüşü Romada keçiriləcək. Burada yerli komanda "Real"ı qəbul edəcək. Çempionlar Liqası tarixində həmişə gərginliyi ilə seçilən italiyan-ispan dueli bu dəfə də maraqlı mübarizə vəd edir.
Digər matçda isə debütant "Gent" "Volfsburq"la münasibətlərə aydınlıq gətirəcək.
17 fevral 2016
Çempionlar Liqası, 1/8 final
23:45. "Roma" - "Real"
23:45. "Gent" - "Volfsburq"