“Roma”da ayrılıq yaşana bilər

“Roma”nın brazilyalı futbolçusu Vesley İngiltərə klublarının transfer radarına düşüb.

Sportline.az xəbər verir ki, “Mançester Siti” və “Tottenhem” 22 yaşlı sağ cinah müdafiəçisini transfer etmək üçün yarışa girib.

Bu haqda “Team Talk” nəşri məlumat yayıb.

Qeyd edək ki, Vesleyin transfer qiyməti 40 milyon avrodur.