"Roma"dan minimal hesablı qələbə

"Roma" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Joze Mourinyonun baş məşqçisi olduğu komanda 5-ci turda evdə "Udineze" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Roma" - "Udineze" - 1:0
Qol:
 Abraham, 36

Bu qələbə ilə xalını 12-yə yüksəldən "Roma" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 15 xalla "Napoli" başçılıq edir. "İnter" 13 xalla 2-ci, "Milan" eyni xalla 3-cüdür.