Roman Qriqorçuk: "Bu oyun klubdakı taleyimə təsir edə bilməz"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk ölkə kubokunun final matçından dərhal sonra fikirlərini bölüşüb:"Bu gün kuboku qazanmağımıza rəqib mane oldu. Məğlubiyyətin mənim "Qəbələ"dəki karyerama təsirinə gəldikdə isə, bir oyunun nəticəsi bu məsələlərdə həlledici rol oynamır" . Qeyd edək ki, Azərbaycan kubokunun final görüşündə "Qarabağ" "Qəbələ"yə 2-0 hesabı ilə qalib gəlib.