Roman Qriqorçuk "Neftçi"dən ayrıldı
Mövsümə uğursuz start verən “Neftçi”də gözlənilən ayrılıq yaşanıb.
Sportine.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk komandadan ayrılıb.
Ukraynalı mütəxəssisin gedişinə səbəb komandanın mövsümə uğursuz başlamasıdır.
Son turda "Kəpəz"ə məğlubiyyət isə görünür, səbr kasasını daşırıb.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın geridə qalan 9 turunda 5 xalla 9-cu pillədə qərarlaşır.