"Roma"nın əfsanəsi "Cenoa"nı çalışdıra bilər

"Cenoa"nın rəhbərliyi klubun sükanı arxasında Daniele De Rossini gətirməyi düşünür.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

42 yaşlı mütəxəsis hazırda Seri D klublarından olan "Ostiamare"nin prezidentidir.

Qeyd edək ki, "Cenoa" hazırda İtaliya A Seriyasında 6 xalla 18-ci pillədə yer alır.