"Roma"nın baş məşqçisindən maraqlı açıqlama

"Roma"nın baş məşqçisi Daniele De Rossi komandanın çıxışı ilə bağlı fikirlərini açıqlayıb.

Sportline.az xəbər verir ki, sabiq baş məşqçi Joze Mourinyo ilə müqayisə olunmağına etirazını bildirib.

"Bu, mənimlə Mourinyo arasında yarış deyil. Düzdür, bura gələndə düşünə bilmədiyimiz mübarizə ortaya qoymuşuq. İşlər yaxşı gedir. Futbolçular əllərindən gələni əsirgəmirlər. Amma, bu mənim adımla bağlı deyil. Hər şey futbolçulardan asılıdır. Düşünürəm ki, bunu Mourinyo ilə də bacarardılar"

De Rossinin bu sözlərini jurnalist Alfredo Pedullo sosial şəbəkədə paylaşıb. 

Xatırladaq ki, Daniele De Rossi 2002-2019-cu illərdə futbolçu kimi "Roma"nın formasını geyinib.

Komandanın fanatları ona əfsanəvi Françesko Totti qədər dəyər verirlər.