Romero İspaniyada çıxış edə bilər
"Atletiko Madrid" yayda "Tottenhem"in futbolçusu Kristian Romeronu heyətinə qatmağı düşünür.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
27 yaşlı oyunçunun sərbəst qalma məbləği 60 milyon avrodur.
Qeyd edək ki, K.Romero cari mövsüm meydana çıxdığı 32 matçda 6 qol, 4 asistlə yadda qalıb.