Romero London klubundan ayrılmaq istəyir

"Tottenhem"in argentinalı futbolçusu Kristian Romero yayda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Cadena 3" nəşri məlumat yayıb.

27 yaşlı oyunçunun dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, "Atletiko Madrid" K.Romeronu heyətinə qatmaqda israrlıdır.