Ronaldinyonun oğlu "Hall Siti"də
Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun oğlu Joau Mendiş “Hall Siti” ilə bir illik müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, Çempionşipdə çıxış edən klub bu barədə cümə axşamı açıqlama yayıb.
20 yaşlı futbolçu karyerasına “Barselona”nın gənclər akademiyasında başlayıb, 2024-cü ildə isə “Börnli”yə keçmişdi. O, əsasən U-21 komandasında çıxış etsə də, bu ilin əvvəlində klubdan ayrılmışdı. Yeni müqavilədə əlavə bir illik uzatma opsionu da yer alır.