Ronaldo, Beyl və Qrizman

UEFA ötən ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib. SportLine.az xəbər verir ki, avqustun 25-də açıqlanacaq "Ən yaxşı oyunçu" nominasiyasının qalibi Kriştiano Ronaldo, Qaret Beyl (hər ikisi "Real" Madrid) və Antuan Qrizman ("Atletiko" Madrid) arasından seçiləcək.

Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən sorğunun nəticəsi ilə müəyyən olunacaq.

Finala yüksələ bilməyənlər isə aşağıdakı futbolçulardır.

4. Luis Suares (Uruqvay, "Barselona") - 29 xal
5. Lionel Messi (Argentina, "Barselona") - 25 xal
6. Canluici Buffon (İtaliya, "Yuventus") - 19 xal
7. Pepe (Portuqaliya, "Real") - 9 xal
8. Manuel Noyer (Almaniya, "Bavariya) - 6 xal
9. Toni Kroos (Almaniya, "Real") - 5 xal
10. Tomas Müller (Almaniya, "Bavariya") - 2 xal