Ronaldu "ən yaxşı" seçildi

UEFA həftənin ən yaxşı futbolçusunu müəyyənləşdirib. SportLine.az xəbər verir ki, qurumun rəsmi saytında keçirilən onlayn sorğuda Madrid "Real"ının lideri Kriştianu Ronaldu "ən yaxşı" adına layiq görülüb.

82% səs toplayan portuqaliyalı futbolçu "Yuventus"un hücuçusu Qonzali İquaini böyük fərqlə qabaqlayıb.

Xatırladaq ki, K.Ronaldu "Atletiko" ilə görüşdə het-trikə imza atmışdı.