Ronaldu xəstəxana tikdirir
Portuqaliya millisinin və Madrid "Real"ının ulduzu Kriştianu Ronaldu daha bir xeyriyyə tədbiri ilə yadda qalıb.
SportLine.az xəbər verir ki, futbolçu Çilidə xəstəxana binasının tikintisinə şərik olub. Onun italiyalı iş adamı Alesandro Proto ilə birgə tikdirdiyi xəstəxananın inşası 2020-ci ildə tamamlanacaq.
Xatırladaq ki, K.Ronaldu 2013-cü ildə əldə etdiyi "Qızıl Top" mükafatını da auksiyonda satıb və əldə olunan 600 min funt-sterlinqi kimsəsiz uşaqlara xərcləyib.