Ronaldodan növbəti rekord

"Real Madrid"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının tarixinə düşüb. SportLine.az xəbər verir ki, o, qrup mərhələsində vurduğu qolların sayını 11-ə çatdırıb. Bu, mötəbər turnirdə, hələ ki, rekord göstəricidir. 

Qeyd edək ki, Ronaldo Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu hesab edilir. Onun aktivində 88 qol var. İkinci pillədəki Messi isə 79 qolun müəllifidir.

Banner