Ronaldodan sonra Poqbadan da maraqlı addım
Fransa milli komandasının futbolçusu Pol Poqba Almaniyanı 1:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının qrup oyunundan sonra maraqlı addım atıb.
Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi mətbuat konfransı zamanı masanın üzərindən pivə butulkasını götürərək yerə qoyub.
Qeyd edək ki, daha əvvəl portuqaliyalı Kriştianu Ronaldu mətbuat konfransında AVRO-2020-nin sponsorlarından olan "Coca-Cola" dan imtinaya çağırış edib.