"Ronaldu futbol oynaya bilmir"

İtaliya millisinin sabiq forvardl Antonio Kassano Kriştianu Ronaldunu tənqid edib.

Sportline.az xəbər verir ki, italiyalı veteran futbolçu Ronaldunun futbol oynaya bilmədiyi iddiasındadır.

Onun fikrincə portuqaliyalı ulduz komanda oyunundan uzaq futbolçudur.

"Ronaldu 3000 qol da vursa, vecimə deyil. İquain, Aqueyro, Benzema, Levandovski, İbrahimoviç və Suares komanda ilə anlaşmanın qaydasını bilirdilər. Onlardan Ronaldodan fərqli şox şeyə qadir idilər. Onun yeganə məqsədi isə qol vurmaq olub", - deyə "Real"ın sabiq hücumçusu "Daily Mail"ə fikrini açıqlayıb.

Qeyd edək ki, Ronaldu karyerası ərzində 900 qol baryerini aşıb.