Ronaldu millinin düşərgəsindən niyə getdi?

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın düşərgəsindən ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

DÇ-2022-nin seçmə mərhələsi İrlandiya ilə oyunda (2:1) sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Ronaldonun yığmanın düşərgəsində qalmasına ehtiyac duyulmadığı bildirilib. O, “Mançester Yunayted”in düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.