Ronaldunun karyerasında ilk dəfə

Portuqaliya millisinin lideri Kriştianu Ronaldu üçün AVRO-2024 daha bir məqamla yadda qalacaq.

Sportline.az xəbər verir ki, ulduz futbolçu karyerasında ilk dəfə olaraq Avropa çempionatının qrup mərhələsində qol vura bilməyib.

39 yaşlı hücumçu bundan əvvəlki 5 qitə çempionatında fərqlənməi bacarmışdı.

Qeyd edək ki, Ronaldu Avropa çempionatlarının qrup mərhələsində 11, dünya çempionatlarının qrup mərhələsində isə 8 qola imza atıb.