"Liverpul"un gözü "Barselona"nın futbolçusunun üzərindədir

"Liverpul" klubu transfer bazarında diqqətini "Barselona"nın gənc futbolçusu Runi Bardaqji üzərinə yönəldib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 20 yaşlı hücumameyilli oyunçunu heyətinə qatmaq üçün ciddi addımlar atmağa hazırlaşır və bu keçid üçün yüksək məbləğ ayırmağı planlaşdırır.

İddialara görə, İngiltərə nəhəngi futbolçu üçün 45 milyon avro ödəməyə razıdır.

Qeyd edək ki, Runi Bardaqji bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.