Ruben Neveş İtaliyaya köçür

“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveş İtaliya nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “İnter” və “Yuventus” 28 yaşlı oyunçu ilə yaxından maraqlanır.

Portuqaliya millisinin üzvü bu mövsüm meydana çıxdığı 21 matçda 6 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, R.Neveşin dəyəri 25 milyon avrodur.