Rudiger mövsümün sonunda "Real"dan ayrılacaq
"Real Madrid"in almaniyalı mərkəz müdafiəçisi Antonio Rudiger mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, təcrübəli stopper "los blankos"u azad agent kimi tərk edəcək.
Bu haqda "Diario As" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Rudiger 2022-ci ildən "Real"da çıxış edir.