Rudiger sabiq komandasına qayıdır?

Yayda "Real Madrid"dən azad agent kimi ayrılacağı gözlənilən Antonio Rudiger karyerasını sabiq komandası "Çelsi"də davam etdirə bilər.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, London klubu almaniyalı stopperin meneceri ilə danışıqlara başlayıb.

32 yaşlı mərkəz müdafiəçisinin dəyəri 12 milyon avrodur.

Qeyd edək ki, Rudiger 2016-2022-ci illər ərzində "zadəganlar"ın formasını geyinib.