Renat Dadaşovun keçidi alınmadı

İngiltərənin "Birmingem Siti" klubunun "Vulverhempton"un azərbaycanlı futbolçusu Renat Dadaşovu heyətə qatmaq istəyi alınmayıb. 

Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında görüş olsa da, klublar ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, digər Çempionşip təmsilçisi "Koventri" də Renat Dadaşovla maraqlanır.

2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayan Renat hələ ki, əsas komandada debüt etməyib.