Rumıniya klubunun heyətində əlsiz futbolçu

Rumıniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən "Mayoven" və "Petrolul" qarşılaşması maraqlı hadisə ilə yadda qalıb. SportLine.az xəbər verir ki, əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan matçın əlavə dəqiqələrində meydana əlsiz Kosmin Lambru çıxıb. Bu, "Petrolul"un şərəfini qoruyan 18 yaşlı futbolçunun debüt matçı olub.

K.Lambru 10 il öncə əlini itirib. Onun yük maşınının altında qalan əli amputasiya edilib.

Qeyd edək ki, oyun "Mayoven"in penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb - 5:4.