Rusiya çempionatı həvəskarlarına şad xəbər

Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq. 

Sportline.az xəbər verir ki, bu barədə baş nazirin müavini Dmitri Çernışenko bildirib. 

O, çempionat oyunlarında, azarkeşlərin məhdud sayda (stadionun tutumunun 10 faizinə qədər) olacağını söyləyib. 

Qeyd edək ki, futbol üzrə Rusiya Premyer Liqası martın 17-də koronavirus pandemiyasına görə dayandırılıb.