Rusiya çempionu müəyyənləşib
Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi məlum olub.
Sportline.az xəbər verir ki, bu, ötən mövsümün də qalibi olan "Zenit"dir. Sankt-Peterburq təmsilçisi 26-cı turda "Krasnodar"a 4:2 hesabı ilə qalib gələrək xalını 62-yə çatdırıb və ən yaxın izləyicisi "Lokomotiv"lə xal fərqini 13-ə yüksəldib. Bununla da komanda yarışın bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
Qeyd edək ki, bu, "Zenit"in 6-cı çempionluğudur.