Rusiya klubundan kritik qərar
Rusiyanın "Orenburq" klubu "Ural" komandası ilə bugünkü oyuna çıxmayacaq.
Sportline.az Rusiya Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın digər oyunlarında iştirakı test nəticələrindən asılı olacaq.
"Orenburq"a 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Orenburq"un 10 üzvündə koronavirus aşkarlanıb. Onlardan 6-sı futbolçudur. Komanda 24 matçdan sonra 23 xalla Premyer Liqanın son pilləsindədir.