Rusiya komandasında koronavirus şoku

Rusiyanın “Orenburq” klubunda 8 nəfər koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yoluxanlardan 6-sı futbolçu, 2-si isə klub işçisidir. 

Koronavirusa yoluxan şəxslərin adı açıqlanmayıb. Həmin şəxslər Premyer Liqanın 23-cü turunda "Lokomotiv”lə keçirilən oyundan (0:1) əvvəl testdən keçirilib və nəticələri neqativ olub.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqa klublarından "Rostov", "Dinamo" (Moskva) və "Ufa"nın futbolçularında da koronavirus aşkarlanmışdı.