Rusiya millisinin oyunçusu həyatını itirib

Çimərlik voleybolu üzrə Rusiya millisinin oyunçusu həyatını itirib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, çimərlik voleybolu üzrə Rusiya millisinin üzvü Alina Mixaylina 21 yaşında dünyasını dəyişib.

Bu barədə xəbəri Rusiya Voleybol federasiyası yayıb.Hələlik idmançının ölümünün təfərrüatları və səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, 2018-ci ildə Alina Mixaylina 17 yaşa qədər qızlar arasında Rusiya Çempionatının qalibi olub.
Bir il sonra idmançı Rusiya Spartakiadasında bürünc medal qazanıb.