Rusiya və Ukrayna güləşçiləri görüşməyəcəklər
Dünya Güləş İttifaqı Rusiya və Ukrayna güləşçilərinə dünya çempionatının görüşləri zamanı əllə görüşməməyi tövsiyyə edib.
Sportline.az xəbər verir ki, beynəlxalq qurum bununla mümkün insidentlərdən qaçmaq niyyətindədir.
Qeyd edək ki, sentyabrın 16-da 1/4 final qarşılaşması zamanı rusiyalı Abashacı Maqomedovla ukraynalı Valentin Blesetskinin görüşündən sonra ukraynalı idmançı rəqibin əlini sıxmayıb.
Bunu nəzərə alan yarış təşkilatçıları müharibə aparan ölkələrin güləşçiləri üçün prosedur qaydalarında güzəşt etmək qərarına gəliblər.
Güləş üzrə dünya çempionatı Serbiyada keçirilir.