Rusiyalı fanatlardan nümunəvi addım
Rusiyanın "Rostov" klubunun fanatları, Premyer Liqanın XXIII turunda səfərdə "Soçi"yə 1:10 hesablı məğlubiyyətə rəğmən, qarşılanma mərasimi təşkil ediblər.
Sportline.az xəbər verir ki, yüzlərlə fanat gecə saatlarında gənc futbolçulara dəstək olub.
Qeyd edək ki, "Rostov"un 6 futbolçusunda koronavirus aşkarlandıqdan sonra komanda və məşqçilər heyəti 2 həftəlik karantinə alınıb. Klub rəhbərliyi "Soçi"dən matçın təxirə salınmasını xahiş etsə də, qarşı tərəf buna razılıq verməyib.