Rusiyalı futbolçu 80 milyon avroya "Valensiya"da

"Vilyareal"ın futbolçusu Denis Çerışevin "Valensiya"ya keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, bu barədə "Valensiya"nın saytı məlumat yayıb. Rusiya millisinin üzvü ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçiyə 80 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan futbolçu üzvü son mövsümü icarə əsasında “Valensiya”da keçirib. O, “yarasalar”ın heyətində 41 oyuna 4 qol vurub, 5 məhusuldar ötürmə edib.